Balakəndə yaşayış evi külə dönüb.
Yanğın rayonun Katex kəndində, kənd sakini, 1985-ci il təvəllüdlü Balamedov Ruslan İbrahim oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə Balakən rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 200 k/m olan yaşayış ev içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.