AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə azərbaycanlı qadınlara şok ittiham: Ərlərini zəhərləyib...

  • + A
  • - A
  • 10-05-2017, 11:17

    Türkiyədə azərbaycanlı qadınlara şok ittiham: Ərlərini zəhərləyib...

















    Türkiyənin Bolu vilayətində ərlərini zəhərləyərək öldürməkdə təqsirli bilinən azərbaycanlı qadınların - Gülarə S. və Məhəbbət Ç.-nın məhkəməsi başlayıb.

    Bolu Şəhər Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.

    İttihama görə, Boluda yaşayan Gülnarə S. xəstə baxıcısı kimi Niyazi S.-nın yanında işə başlayıb. Bir müddət sonra Niyazi ilə Gülarə evləniblər. Gülarə xroniki ağciyər və prostat vəzi xəstəliklərindən əziyyət çəkən Niyazi ilə evləndikdən bir müddət sonra tanışı Məhəbbətlə birgə plan quraraq ərinin yeməklərinə "noradol" adlı məhlul tökərək yavaş-yavaş zəhərləməyə başlayıb. Həmin məhlul infarkta səbəb olduğundan bir müddət sonra Niyazi S. infarktdan dünyasını dəyişib. Bundan sonra Gülarə ərinin bütün mülkünü ələ keçirərərk Məhəbbətlə yarı bölüb.

    Hadisənin üstünü isə Ayla D. adlı türk qadını açıb. Belə ki, hər iki qadınla rəfiqə olan Ayla D. hadisədən xəbər tutaraq Niyazi S.-nın övladlarına xəbər verib.

    Bolu Şəhər Məhkəməsində keçirilən proses zamanı ittihama münasibət bildirən qadınlar özlərini təqsirli bilməyərək, ittihamları rədd ediblər.

    Məhkəmədə hadisənin üstünün açılmasına səbəb olan Ayla D. ifadə verib. O, ifadəsində bildirib ki, Gülarə kimi Məhəbbət də Kastomunada əri Mehmet Ç.-ni eyni üsülla zəhərləyərək öldürüb. Əri öləndən sonra Məhəbbətin birgə İstanbula getdiyi Atilla G. da müəmmalı şəkildə dünyasını dəyişib.

    Ayla D. baş verən hadisələrlə əlaqədar vicdan əzabı çəkdiyini dilə gətirib: "Mən Məhəbbətlə Ankarada xəstəxanada tanış oldum. İkimiz də tək yaşayan qadınlar idik. Rəfiqəlik etməyə başladıq və bir-birimizin evinə getdik. Bir gün axşam saatlarında Məhəbbətgildə idim. Birdən zəng gəldi. Məhəbbət qışqırmağa başladı. "Məni tutucaqlar" deyərək qışqırırdı. Nə olduğunu soruşdum, Azərbaycanda baş tibb bacısı işlədiyini dedi, öz ərini və bir neçə şəxsi zəhərləyərək öldürdüyünü etiraf etdi".

    İfadəsinə davam edən Ayla bildirib ki, Məhəbbət ona da bu cür təklif edib: "Mənə dedi ki, sən də tək yaşayırsan. Kula deyilən rayonda Hacı adlı şəxs var. Dedi ki, onunla evlən, 3 ay ərzində həmin üsulla zəhərləyək öldür. Bütün mülkü sənə qalsın. Bunu deyən kimi onu döyərək evdən çıxdım. Onunla bir də heç zaman görüşmədim. Sonradan Məhəbbətin rəfiqəsi Gülarənin də ərinin öldüyünü bildim. Vicdan əzabı çəkdim. Həmin kişinin Boludakı övladlarının nömrəsini tapdım və hadisəni dedim. Bunlar iki türk vətəndaşını belə öldürdülər. Mən deməsəydim, bunlar Allah bilir neçə vətəndaşımızı bu cür üsulla öldürəcəkdilər. Məhəbbət mənə 50 min TL təklif elədi ki, bunları heç kimə deməyim. Amma mən həmin pulu qəbul edə bilməzdim".

    ///lent.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR