AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdamda altı nəfər minaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB - YENİLƏNİB

  • + A
  • - A
  • 16-03-2021, 19:42


    Ağdam rayonunda minaya düşən mülki şəxslərdən daha biri ölüb.

    "Report"un əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan biri - 1987-ci il təvəllüdlü Hüseynov Bayram Akif oğlu vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

    19:20

    Ağdam rayonunda altı nəfər minaya düşüb.

    "Report"un xəbərinə görə, hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.

    Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu - 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.

    Nəticədə Razi Hüseynov ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri - Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.

    Hadisə nəticəsində yeddi yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.

    Faktla bağlı araşdırma aparılır.

    18:43

    Ağdamda minaya düşən şəxslərin kimliyi məlum olub.

    Trend-in məlumatına görə, onlar Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Nadir oğlu, Hüseynov Hüseyn Razi oğludur.

    Hazırda ərazidə minatəmizləmə işləri aparılır. Bu səbəbdən yaralıları ərazidən götürmək mümkün deyil. Minatəmizləmə işləri bitdikdən sonra yaralılar oradan götürüləcək.

    Qeyd edilir ki, minaya düşənlərdən Hüseynov Hüseyn Razi oğlu Hüseynov Akifin nəvəsidir və o, heç bir xəsarət almayıb.

    18:26

    Ağdam rayonunda dörd mülki şəxs piyada əleyhinə minaya düşüb.

    Trend-in məlumatına görə, hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.

    Hadisə zamanı bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir. Minaya düşənlər məcburi köçkünlərdir, həmin əraziyə icazəsiz səfər ediblər.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR