AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabunçu rayonunda karantin qaydalarını  pozan şəxslərə qarşı reyd keçirilib

  • + A
  • - A
  • 6-04-2021, 18:43


    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Sonuncu belə tədbir Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi ərazisində təşkil olunub. Polislər qəsəbə sakinləri ilə profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
    Reyd zamanı mağazalara tibbi maskasız daxil olan alıcılar, həmçinin tənəffüs yollarını qoruyan vasitələrdən düzgün istifadə etməyən şəxslər polislər tərəfindən cərimələniblər. Virusun yayılma ehtimalı çox olan məkanlarda polis əməkdaşlarının nəzarəti gücləndirilib. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilib.
    Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.
    Bir daha hər kəsdən tələb olunur ki, həm şəxsi sağlamlıqlarını, həm də ki, digərlərini bu virusdan qorumaq üçün sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər.
     




     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR