AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə polis reyd keçirib

  • + A
  • - A
  • 17-04-2021, 11:01


    Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının şəhər daxilində Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə mütəmadi olaraq reyd keçirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təşkil olunan reydlər zamanı hərəkət iştirakçıları ilə mütəmadi profilaktiki söhbətlər aparılır, onlara Yol Hərəkəti Haqqında Qanunun tələblərinə riayyət etmələri tövsiyə və tələb olunur.

    Qeyd olunub ki, şəhər ərazisində baş verən qəzaların, o cümlədən törədilən qayda pozuntuları mütəmadi olaraq araşdırılır və sürücülər o istiqamətdə maarifləndirilir:

    "Hərəkət iştirakçılarının nəzərinə çatdırılıb ki, əgər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairədə hərəkət edən sürücü üstünlüyə malikdir və dairəyə daxil olan sürücü ona yol verməlidir. Əks halda, yol verməyən sürücü inzibati məsuliyyətə cəlb edilir. Əgər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilibsə, dairədə hərəkət edən sürücü yol verməlidir. Keçirilən reyd zamanı sözügedən inzibati qayda pozuntusuna görə 20-yə yaxın sürücü barəsəsində protokol tərtib edilib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR