ABŞ hərbçilərinin yerləşdiyi Viktoriya hərbi düşərgəsi yaxınlığına bir neçə raket atılıb.
“Shafaq News” xəbər verir ki, düşərgə Bağdad Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir.
Bildirir ki, naməlum şəxslər Bağdad Beynəlxalq Hava Limanındakı hərbi bazaya üç raket atıblar.
İlkin məlumata görə, hücum nəticəsində heç kim xəsarət almayıb. Lakin C-RAM sistemi raketləri aşkar və məhv edə bilməyib.
Mövcud məlumatlara görə, indiyə qədər heç bir təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.