AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yetkinlik yaşına çatmayan qızı sanitar qovşağına zəncirlədilər

  • + A
  • - A
  • 23-07-2021, 20:33


    Bərdədə yetkinlik yaşına çatmayan qızı sanitar qovşağa zəncirlənməsi ilə faktı ilə bağlı cinayət işi başlanıb

    Bərdədə yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü(qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə)maddəsi ilə cinayət işi başlanılıb.

    Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

    Qeyd edək ki, rayonda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
    Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR