AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə keçmiş məhkumdan “patı”, heroin və marixuana götürülüb

  • + A
  • - A
  • 26-07-2021, 09:37


    Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Polis Şöbəsinə bir nəfərin üzərində narkotik vasitə daşıması, eləcə də kənar yerdə gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs,əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Tural Cabbarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. T.Cabbarovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun “Dərə hamamı” kimi tanınan, hazırda istifadə olunmayan köhnə tikilidə narkotik vasitə gizlətdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilən zaman oradan 350 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.
    Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Cabbarov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR