AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

23 yaşlı oğlan qətlə yetirildi

  • + A
  • - A
  • 26-07-2021, 09:44


    Daşkəsən rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə iyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayon ərazisində təşkil olunmuş toy məclisində iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürmüşdür.
    Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR