AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Güclü külək Bakıda bu məktəblərə ziyan vurdu

  • + A
  • - A
  • 11-11-2021, 10:51


    Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi ümumi təhsil məktəblərinin (39, 113,167, 173, 186, 204, 260, 265, 298, 314, 319) dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

    Bakı Şəhəri Təhsil İdarəsindən Unikal.org-a bildirib ki, müvafiq mütəxəssislər məktəblərdə olub, ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib.

    Qeyd olunub ki, hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək: "Həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR