AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

  • + A
  • - A
  • 19-12-2021, 11:03


    Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, bu istiqamətdə Masalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun sakinləri M.Məmmədov, G.Adiyev, F.Orucov və Ş.Şirməmmədovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

    Silahlar aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokollar tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR