AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət hadisələri

  • + A
  • - A
  • 1-01-2022, 12:13

    Sutka ərzində baş verən cinayət hadisələri

    Azadmedia.az DİN-ə istinadən sutka ərzində baş verən cinayət hadisələrini təqdim edir:

    Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılmışdır.
    **

    Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
    Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 31-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
    Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
    **

    Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində şirkətlərdən birinin deposundan 5000 manat dəyərində dəmir profillər və 4150 manat dəyərində dəmir dirəklər və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar E.İbrahimov, İ.Osmanov və E.Mehdiyev müəyyən edilərək saxlanılmışlar.
    Araşdırma aparılır.
    **

    Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, marixuana, metamfetamin, həmçinin “Baikat” markalı tapança və 1 ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür.
    **

    Hacıqabul Rayon Polis Şöbəsinə dekabrın 27-də şəhər sakini S.Ağayevanın bank hesabından 367 manat pulunun oğurlanması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsdində oğurluq əməlini törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş F.Nəcəfov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
    **

    Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə rayon ərazisindəki mağazaların birində M.Hacıyevanın içərisində 200 manat, 1000 ABŞ dolları, 1350 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd bank kartı olan pulqabısının oğurlanması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsdində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Məmmədzadə müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
    **

    Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində T.Nadirova məxsus torpaq sahəsindən 1440 metr armatur, 4 evdən kombi, radiator, velosiped, televizor, naqil, təmir-tikinti alətləri və kamera yaddaş bloku oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini A.Ağarzalı və Ağdam rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Mustafayev və Ş.Əhmədov saxlanılmışlar.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR