AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbçi minaya düşdü, ayağı amputasiya olundu

  • + A
  • - A
  • 2-01-2022, 23:23

    Hərbçi minaya düşdü, ayağı amputasiya olundu

    Baş Prokurorluğun Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur.
    Müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulmuşdur.
    Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR