Yeni il tətilində "Azad" rəqs qrupunun rəhbəri Rəhim Babayevin və tələbələrinin şəhərin mərkəzində yerləşən Oyun zalına gedib adrenalin yaşamaq istəsə də, kurioz hadisə ilə rastlaşmaları barədə dünən məlumat vermişdik. Belə ki, Portal Games əyləncə mərkəzinə 180 manat ödəyib oyun zalına daxil olan qrup əvvəl vəd olunan adrenalin yaşasalar da, sonradan qrup üzvləri vəhşicəsinə döyülüb, saçlarından tutulub yerlə sürüdülmüş, şallaqlanmış, hətta birinin qolu bıçaqla cızılmışdı.
"Azad" rəqs qrupunun rəhbəri Rəhim Babayev Azadmedia.az-a bildirmişdi ki, çölə çıxıb zədələrini göstərib hadisəyə aydınlıq gətirmək istədikdə oyun mərkəzindən işçinin aqresiv oıduğunu, əslində belə vəhşiliyin yolverilməz olduğunu bildirsələr də, ödənilən 180 manatı geri qaytarmaq tələbləri yerinə yetirilməyib. Buna görə də qrup DİN-in 102 xidmətinə müraciət edib.
https://azadmedia.az/hadise/48270-hrin-mrkzind-oyun-ad-altnda-insanlarn-pulunu-alb-ozlrini-vhicsin-doyurlr-fotolar.htmlAz öncə Portal Games əyləncə mərkəzindən saytımızla əlaqə saxlanıldı və bildidildi ki, "Azad" rəqs qdupunun 180 manatı geri qaytarılıb, barışıq əldə olunub. Həmin gün növbədə olan işçilər rəhbərliyin göstərişi ilə işdən azad olunublar. Oyun mərkəzinin əməkdaşı onu da qeyd etdi ki, çox vaxt oyunçular təqdim edilən adrenalinlə razılaşmır, döyülmək istədiklərini özləri tələb edirlər. Məlumatı dəqiqləşdirmək üçün şikayətçi "Azad" rəqs qrupunun rəhbəri Rəhim Babayevlə əlaqə saxladıq. R.Babayev bildirdi ki, ödəniş etdikləri 180 manat geri qaytarılıb və qrup üzvlərinə 2 dəfə oyun zalına giriş üçün dəvətnamə verilib.
P.S. Yeni ilin ilk günündə Azadmedia.az məsələni ictimailəşdirib barışıq əldə etdisə, nə xoş bizə...
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.