Yanvarın 9-da yerli vaxtla 23.19-da Ermənistanın Azərbaycanla sərhədə yaxın ərazisində 2,6 bal gücündə zəlzələ baş verib.
AzadMedia.az APA-ya istinadən bildirir ki, bu barədə Ermınistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təbii fəlakət Ermənistanın cənubunda Qafan şəhərindən 9 kilometr məsafədə, Sünik rayonu ərazisində qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin episentrdə gücü 3-4 bal olub.
Bildirib ki, yeraltı təkanlar Qafanda 3 bal, Kacaranda və Mehridə 2-3 bal gücündə hiss olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.