AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün qırğız musiqiçi həbsdən azad edilib

  • + A
  • - A
  • 10-01-2022, 15:44


    Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov bildirib ki, respublika Qazaxıstanda keçirilən etiraz aksiyalarında xarici vətəndaşların iştirakının açıq və ədalətli araşdırılmasına ümid edir. Bu məlumatı Azadmedia.az RİA Novosti-yə istinadən xəbər verir.
    Japarov təəssüf edib ki, son vaxtlar KİV-də və sosial şəbəkələrdə xarici vətəndaşlar, o cümlədən Qırğızıstan vətəndaşları ilə bağlı Qazaxıstanda qırğın və iğtişaşlarda iştirakları barədə məlumatlar yayılıb.

    Xatırladaq ki, bir sıra Qazaxıstan KİV-ləri ərəfəsində qırğız musiqiçisi Vikram Ruzaxunovun Alma-Atadakı qırğınlarda iştirakını tanıyan kadrlar dərc etmişdi. Videoda onun üzündə döyülmə izləri görünür.

    Onun həbsi Qırğızıstanın sosial şəbəkələrində rezonans doğurub. Bişkekdə Qazaxıstan səfirliyi yaxınlığında mitinq keçirilib və iştirakçılar Ruzaxunovun azadlığa buraxılmasını tələb ediblər.

    Bu gün musiqiçi həbsdən azad edilib.
    Tərcümə etdi:Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR