AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaçmaz şəhər sakininin itkin düşməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə icraat təzələnib

  • + A
  • - A
  • 11-01-2022, 15:16

    Xaçmaz şəhər sakininin itkin düşməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə icraat təzələnib

    Azadmedia.az-dan daxil olmuş sorğuya Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilmişdir ki, Xaçmaz şəhər sakini Məhəmməd Əsədullayevin 2020-ci il iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması faktına görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraat şəxsin özünün və yaxud öldüyü halda meyitinin tapılması mümkün olmadığından 2020-ci il dekabrın 1-də dayandırılmışdır. 2021-ci il dekabrın 11-də Xaçmaz şəhəri Qudyalçay çayının kənarında aşkar edilmiş insan kəllə sümüyü və insan sümüyünün fraqmentlərinin təyin edilmiş məhkəmə-genetik ekspertizasının rəyinə əsasən itkin düşmüş Məhəmməd Əsədullayevə məxsus olması məlum olmuşdur.
    Hazırda Xaçmaz rayon prokurorluğunda cinayət işi üzrə icraat təzələnərək istintaq davam edir. Məhəmməd Əsədullayevin ölümünün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi kriminalistik ekspertizası təyin edilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR