AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

15-16 yanvar tarixlərində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 17-01-2022, 12:43

    15-16 yanvar tarixlərində baş verən cinayət və hadisələr

    15-16 yanvar tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 683 toy şənliyinin monitorinqini həyata keçirib.
    Monitorinq 675 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
    - 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
    - 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
    - 152 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
    **

    2022-ci il yanvar ayının 15-də və 16-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

    - Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 85 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatla bağlı 23 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılmışdır.
    **

    Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
    Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də və 16-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 13 ədəd ov tüfəngi götürülüb.
    Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.
    Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
    **

    Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

    Yanvarın 15-də və 16-da polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
    **

    Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əskinas verən taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb.

    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR