AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QAZ SAYĞACINI SATMAQ İSTƏYƏN ŞƏXS SAXLANILDI

  • + A
  • - A
  • 19-01-2022, 16:00

    QAZ SAYĞACINI SATMAQ İSTƏYƏN ŞƏXS SAXLANILDI

    Tap.az-da hər şeyə rast gəlmişdik, bircə qaz sayğacından savayı. Əfsuslar olsun ki, bunu da gördük. Azadmedia.az xəbər verir ki, yanvarın 18-də sözügedən saytda “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb. Məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib. Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir. İnanırıq ki, məsələ öz hüquqi həllini tapacaq. “Azəriqaz” İB olaraq vətəndaşlardan xahiş edirik ki, bu kimi hallardan çəkinsinlər. Çünki gec-tez üstü açılan bu tip əməllərin mütləq şəkildə cəzası olur.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR