Hacıqabul rayonunun Pirsaat qəsəbəsi ərazisində yolu keçən Şirvan şəhər sakini Bacıqız Məlikova Mingəçevir şəhər sakini A.Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadmedia.az -a bildirilib ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.