Quba şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azadmedia.az FHN-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan xilasedicilər evin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Hüseynov Qabil Nəsib oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.