AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb

  • + A
  • - A
  • 25-01-2022, 18:39

    Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb

    Xarici turistlərin qanunsuz ov etməsi ilə bağlı sosial şəbəkədə yayılan foto və video görüntülər əsasında aparılan araşdırma başa çatıb. Bunu Azadmedia.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

    O qeyd edib ki, araşdırma zamanı ovun Qətər vətəndaşı Nayef EID M.T.AL-THANI tərəfindən ona icazə verilən ovçuluq təsərrüfatının ərazisində deyil, kənarda, Hacıqabul rayonunun Padarçöl ərazisində baş verdiyi, bəzgək və digər çöl quşlarının ovlandığı müəyyən edilib.

    “Faktla bağlı qanun pozucusu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 950 manat məbləğində cərimə tətbiq olunub”.

    Xidmət rəisi onu da qeyd edib ki, Azərbaycan Respublikası ərazisində 2021-2022-ci illər üzrə ov mövsümü ərzində ov qaydalarını pozan 37 xarici vətəndaş əməkdaşlarımız tərəfindən cərimələnib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR