Dünən Səbail rayonu ərazisində Çevik Polis Alayının iki əməkdaşına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçan şəxsin gizləndiyi yer müəyyən edilib.
DİN mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə onun saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aydın Babayev polis əməkdaşlarına silahlı müqavimət göstərib. Buna görə də polis əməkdaşları tərəfindən silah tətbiq edilib və Aydın Babayev zərərsizləşdirilib. Hadisə yerindən ona məxsus bir ədəd tapança aşkar edilərək götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.