AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azəriqaz" İB Gəncədə baş verən partlayışın səbəbinin qaz olması ehtimalını rədd etdi

  • + A
  • - A
  • 26-05-2022, 12:01

    "Azəriqaz" İB Gəncədə baş verən partlayışın səbəbinin qaz olması ehtimalını rədd etdi

    "Azəriqaz" İB Gəncədə baş verən partlayışın səbəbinin qaz olması ehtimalını rədd etdi. Birliyin sözçüsü Eldəniz Vəliyev öz şəxsi facebook hesabından sözügedən binanın mütəmadi yoxlanmasından söz açaraq, hamıya istintaqın nəticələrini gözləməyi tövsiyə edib. Azadmedia.az sözügedən statusu təqdim edir:
    "Əziz dostlar, dəyərli media nümayəndələri!
    Xəbər verildiyi kimi, Gəncə şəhəri 5-ci mikrorayonda yerləşən binaların birində partlayış baş verib. Bir nəfərin ölümü ilə nəticələnən hadisədən SOCAR "Azəriqaz" İB olaraq biz də üzüldüyümüzü ifadə edirik. Mərhumun yaxınlarına başsağlığımızı çatdırırıq.

    Dəyərli dostlar!
    Təəssüf ki, səbəblər araşdırılmadan, ortada rəsmi mövqe olmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyi barədə bəzi saytlarda xəbərlər dolaşır. Diqqətinizə çatdırıram ki, bu ilin fevral ayının 7-də, hadisənin baş verdiyi binada Birliyin əməkdaşları tərəfindən təhlükəsizliklə bağlı təlimatlandırma prosesi icra olunub və partlayışda dünyasını dəyişən şəxsin təlimat jurnalında imzası da mövcuddur. Digər yerlərdə olduğu kimi, sözügedən binada da sızma halları daim diqqət mərkəzində olub. Odur ki, dəyərli həmkarlarımı bütün bunları nəzərə almağa və rəsmi açıqlamanı gözləməyə çağırıram. Ola bilər ki, rəsmi cavabda hansı hallardasa qaz adı keçər, hətta birbaşa keçər. Amma icazə verin, bu, istintaqın nəticəsində gəlinən qənaət olsun. Sayğılar!".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR