AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bacı qatilinin istintaqı yekunlaşdı

  • + A
  • - A
  • 28-06-2022, 10:56

    Bacı qatilinin istintaqı yekunlaşdı

    Xəbər verildiyi kimi, 14 mart 2021-ci il tarixdə Şirvan şəhər sakini, 1952-ci il təvəllüdlü Bəhruzə Rəsulovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
    Aparılmış istintaqla, zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Alim Rəsulovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bəhruzə Rəsulovanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Alim Rəsulov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR