AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ruslan Xəlilovun istintaqı yekunlaşıb

  • + A
  • - A
  • 3-06-2021, 19:28

    Ruslan Xəlilovun istintaqı yekunlaşıb

    Göyçay rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə 18.02.2020-ci il tarixdə Göyçay rayon sakini Polad Salehovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.
    İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Ruslan Xəlilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Polad Salehovu qəsdən öldürmüşdür.
    Ruslan Xəlilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR