Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
***
❗Yol-nəqliyyat hadisələri
Dekabrın 5-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən olunmayan avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
Dekabrın 6-da saat 1 radələrində Kürdəmir rayonunun Qarasaqqallı kəndi ərazisində rayon sakini A.Qubadov idarə etdiyi “KİA” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü və sərnişini R.Daşdiyev hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Dekabrın 5-də saat 9 radələrində Astara rayonunun Asxanakəran kəndi ərazisində rayon sakini Z.Lələyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu R.Lələyev xəstəxanaya yerləşdirilib.
Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
❗Quldurluq
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində bir neçə nəfərin quldurluq yolu ilə Bakı şəhər sakini A.Raxmatulinin mobil telefonunu talaması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri X.Mərdiyev, İ.Yusufov və H.Abbasov müəyyən olunaraq saxlanılıblar.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
***
❗Soyğunçuluq
Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakini olan bir qadına qarşı soyğunçuluq edilməsi barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Emil Süleymanov müəyyən olunaraq saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
***
❗Hədə-qorxu ilə tələb etmə
Bir nəfərin barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayılacağı ilə hədələnərək 2000 manatının alınması barədə polisə məlumat daxil olub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Ağdaş rayon sakini Ahmeds Azizovs müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulubİsmayıllı şəhəri ərazisində yerləşən 2 fərdi yaşayış evindən oğurluq edilib. Gecə saatlarında evlərə daxil olan naməlum şəxs ümumi dəyəri 3 000 manatdan artıq olan 3 ədəd mobil telefonu və elektron qol saatını oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başqasının əmlakını gizli olaraq talayan şəxsin rayonun Topçu kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Əfqan Babayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. İlkin araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları Bakı şəhərində ayrı-ayrı şəxslərə satdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin telefonlar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Əfqan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
❗Oğurluq
Paytaxt sakini S.Dadaşovun bank hesabından 560 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Taryel Rəhimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
❗Qanunsuz silah
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini Davud İsmayılovun idarə etdiyi “Shacman” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
❗Oğurluq
Qaradağ rayonunun Ələt qəsəbəsində 3 marketdən pul, 1760 manat dəyərində tütün məmulatı, 1750 manat dəyərində modem, 2 ədəd prosessor, içərisində 264 manat pul olan kassa aparatı və kamera oğurlanması barədə polisə məlumatlar daxil olub.
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Səbuhi İsmayılov və İsmayıl İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.