Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin avqustda Türkiyəyə səfərini gözləyir.
Azadmedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ərdoğan özü bildirib.
O, Putinin Türkiyəyə səfərinin dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin səfərin avqustda baş tutacağını vurğulayıb.
Xatırladaq ki, avqustun 2-də Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.