Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli heykəltaraş, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov vəfat edib.
Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Nazirlikdən Azadmedia.az-a bildirilib ki, Xalq rəssamı Akif Əsgərov bugün saat 17:00-da Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.