D.TRAMP BAŞ VERƏNLƏRƏ GÖRƏ, RADİKAL SOLÇULARI İTTİHAM EDİB
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp sağçı siyasətçi, Trampın müttəfiqi Çarli Körkün “radikal solçu”ları günahlandırıb.
O bildirib ki, Birləşmiş Ştatlarda siyasi rəqiblərin özünün təbiri ilə şeytanlaşdırılması dərhal dayandırılmalıdır.
“İllərdir radikal sol mövqedə olanlar, Çarli kimi möhtəşəm amerikalıları nasistlər və dünyanın ən qəddar qatilləri ilə müqayisə ediblər. Bu cür ritorika ölkəmizdə şahidi olduğumuz terrorun birbaşa səbəbidir və buna dərhal son qoyulmalıdır” – deyə o vurğulayıb.
Ağ Ev lideri bu vəhşiliyin törədilməsinə ortaq olan hər kəsi tapacaqlarına söz verib, bu işləri maliyyələşdirən və dəstəkləyən təşkilatların məsuliyyətə cəlb ediləcəyini deyib.
Prezident Körkü həqiqət və azadlıq uğrunda şəhid adlandırıb, gənclər arasında onun qədər hörmət qazanan başqa bir şəxsin olmadığını qeyd edib.
O, bütün ölkədə bayraqların yarıya qədər aşağı endirilməsinə əmr verib.
Körk ötən gün Yuta ştatında kolleclərdən birində keçirilən tədbir zamanı snayper tərəfindən öldürülüb.
Polis hadisəni törətən şəxsin izinə düşüb.