AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NEPALDA KOMENDANT SAATI MÜVƏQQƏTİ ARADAN QALDIRLIB

  • + A
  • - A
  • Bu gün, 11:33

    NEPALDA KOMENDANT SAATI MÜVƏQQƏTİ ARADAN QALDIRLIB

    Nepalın paytaxtı Katmanduda tətbiq edilən komendant saatı müvəqqəti aradan qaldırlıb.
    Sakinlər vəziyyətdən istifadə edərək alış-veriş ediblər, bəziləri hindu məbədlərinə dua etməyə üz tutublar.
    Milli ordu ölkədə təhlükəsizliyə nəzarəti bərpa etmək üçün ötən gündən başlayaraq səfərbər olunub.
    Himalay ölkəsində son onilliklərin ən ağır iğtişaşları yaşanıb.

    Aksiyalar zamanı müxtəlif zorakılıqlar törədilib, siyasətçilərin evləri dağıdılıb, dövlət binaları və parlament binası yandırılıb.
    Katmandu ətrafındakı həbsxanalardan minlərlə məhbus qaçıb.
    Qarşıdurmalar nəticəsində 30 nəfər ölüb, 1033 nəfər xəsarət alıb.

    Qeyd edək ki, İğtişaşlar rəhbərliyin ölkədə sosial şəbəkələri qadağan etməsindən sonra başlayıb.
    Qadağadan əvvəl isə sosial şəbəkələrdə siyasətçilərin övladlarının dəbdəbəli həyat tərzini və korrupsiya iddialarını ifşa edən “nepo kid” kampaniyası aparılırmış.

    Gərginlik fonunda hökumət sosial şəbəkə qadağalarını ləğv edib, baş nazir Şarma Oli istefa verib.
    Oli rəsmi iqamətgahını tərk edərək naməlum istiqamətə gedib və hazırda onun harada olduğu bilinmir.
    Etiraz hərəkatına rəhbərlik edən “Z nəsli” qrupu kütləvi zorakılıqlara görə məsuliyyət daşımadıqlarını bildiriblər. Onların sözlərinə görə, dağıntıları vəziyyətdən sui-istifadə edən fürsətçi qüvvələr törədib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR