AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Tərtər işi”ndə ittiham olunan 4 nəfər son söz dedi

  • + A
  • - A
  • 28-11-2023, 14:49

    “Tərtər işi”ndə ittiham olunan 4 nəfər son söz dedi


    “Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, MAXE əsgərlər - Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşır.

    Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda müttəhimlərə son söz demək hüququ verilib.

    Təqsirləndirilən şəxslər heç biri özünü təqsirli bilmir. Onlar son sözlərində məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.

    Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Proses ən azı 24 saat təxirə salınıb.

    Qeyd edək ki, prokuror müttəhimlərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Vüsal Ələsgərovun 10 il, Rüstəm Ələsgərovun 12 il, Rəşid Niftəliyevin 9 il, Ramil Qarayevin isə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

    Təqsirləndirilən şəxslər hərbi qulluqçulara işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

    Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(“Qafqazinfo”)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR