"Azərbaycanda qəbul olunmuş Milli təqvim planında 11 infeksiyanın peyvəndlərlə idarə olunması məsələsi var. Qızılca da həmin infeksiyalardan biridir".
Bunu bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib. O, peyvəndlərin ölüm ehtimalını böyük miqyasda azaltdığını söyləyib:
"Qızılca peyvəndi olmayan dövrlərdə dünya üzrə 1 ildə 2 milyon şəxs ölüb.
Ən aşağı ölüm halı isə 2016-cı ildə 100 min olub. Bu da ölüm hallarının 84-85% azalması deməkdir. Yəni peyvənd kifayət qədər effektivdir".
T.Eyvazov valideynlərə vaksinasiya ilə bağlı çağırış da edib:
"Valideynlər, uşaqlarınızı qoruyun. 11 infeksiyon xəstəlikdən, o cümlədən qızılcadan qorunmağın yolu peyvənd olunmaqdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.