Reper 50 Cent Həbibə 2 milyon dollar təklif etdi
Amerikalı reper 50 Cent (Kertis Cekson) rusiyalı idmançı Həbib Nurməhəmmədova UFC-dən “Bellator”a keçməyə təklif edib.
Oxu.Az xəbər verir ki, bunun müqabilində reper rusiyalı idmançıya 2 milyon dollar ödəməyə hazırdır.
“Düşünürəm ki, UFC Konor Makqrerora qarşı etmədiyini Həbibə qarşı edir. UFC rəhbərliyi Həbibə qonorar ödəməməklə düzgün etmir”, – deyə o vurğulayıb.