AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Hər birimiz gənc olmuşuq” – Araz Abdullayev Mahirdən danışdı

  • + A
  • - A
  • 16-10-2018, 10:16

    “Hər birimiz gənc olmuşuq” – Araz Abdullayev Mahirdən danışdı














    Fikrimcə, bu gün yaxşı oynadıq. Qələbə qazanmaq üçün hər şey etdik. Kifayət qədər qol epizodu yaratdıq, ancaq yararlana bilmədik, şanssızlıq oldu”.

    Bunu Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev Millətlər Liqasının IV turunda evdə Malta ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə deyib.

    26 yaşlı yarımmüdafiəçi matçdan sonra görüş barədə danışıb və jurnalistlərin suallarını da cavablandırıb: “Bəzən pis oynayıb qələbə qazanırsan, bəzən də yaxşı oyun göstərib qələbə qazana bilmirsən. Biz bu gün 2 xal itirdik. Kosovo da qələbə qazana bilmədi, şanslarımız davam edir. Son 2 görüşə yaxşı hazırlaşıb qələbə qazanmağa çalışacağıq”.

    – Farer adaları xal qazanıb, Azərbaycana Kosovo yığmasına çatmağı hədiyyə etdi. Bu hədiyyədən yararlana bilməməyinizdən təəssüflənmirsiniz?

    – Əlbəttə, təəssüf hissi keçiririk. Qələbə qazanmaq üçün çox çalışdıq. Sondakı hər bir oyun artıq bizim üçün önəmlidir. Bu gün yaxşı oyun göstərdik, sadəcə, qələbə qazana bilmədik. Futboldur, burada hər şey olur. Son 2 oyunda maksimum nəticə qazanmağa çalışacağıq.

    – Qol epizodunda çox soyuqqanlı zərbə endirdin. Düşünmürsən ki, digər komanda yoldaşların da sənin kimi daha sakit şəkildə zərbə vurmalı idilər?

    – Elə epizodlar olur ki, zərbən istədiyin kimi alınmır. Məndə də belə epizodlar olur. Qol zamanı top ayağıma yaxşı oturdu və zərbəm dəqiq alındı.

    – Hər iki cinahda oynayırsan. Sənin üçün hansı cinahda oynamaq daha rahatdır?

    – Mənim üçün fərqi yoxdur. Baş məşqçimiz hansı mövqedə oynamağımı istəyirsə, orada da çıxış edirəm.

    – Düşünmürsənmi ki, qrupun taleyini Kosovo ilə matç həll edəcək?

    – Bu, futboldur, əvvəlcədən heç nə demək olmur. Yalnız qalan son 2 oyuna yaxşı hazırlaşıb qələbə qazanmalıyıq. Futbol – komanda oyunudur, burada fərdi olaraq nəticə qazanmaq mümkün deyil. Azarkeşlər də bizi yaxşı dəstəklədi, qələbə qazanmaq istəyirdik, amma olmadı.

    – Yenidən milliyə qayıtdın. Düşünmək olarmı ki, əvvəlki Araz Abdullayev geri qayıdır?

    – Məşqlərdə çalışıram ki, tapşırıqları tam yerinə yetirim və əvvəlki formamı bərpa edim.

    – Komanda yoldaşın Mahir Mədətov çoxlu qol imkanını əldən verir və bu, azarkeşlərin narazılığına səbəb olur…

    – Mahir gənc oyunçudur, azarkeşlər ona çox psixoloji təsir edir. Hər birimiz gənc olmuşuq. O da bu gün çox çalışdı, əlindən gələni etdi. Hər bir futbolçu qol imkanını boşa verə bilər. İnanıram ki, gələcəkdə əlinə düşən fürsətlərdən yararlanacaq.

    – Səncə, Mahir Mədətova bu psixoloji vəziyyəti arxada qoymaqda necə kömək etmək olar?

    – Hər birimiz ona kömək olmalıyıq: həm futbolçular, həm də azarkeşlər. Tezliklə bu durumu geridə qoyacağına inanıram.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR