AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gecə saatlarında ölkə ərazsinə yağan qar və güclü çovğun Bakı-Şamaxı-Yevlax avtomobil yolunda buzlaşmaya səbəb olub

  • + A
  • - A
  • Bu gün, 11:35

    Gecə saatlarında ölkə ərazsinə  yağan qar və güclü çovğun Bakı-Şamaxı-Yevlax avtomobil yolunda buzlaşmaya səbəb olub

    Bakı-Şamaxı Yevlax avtomobil yolunda temperatur mənfi 5 dərəcəyə qədər aşağı düşüb. Yolun buz bağlaması avtomobillərin hərəkəti üçün təhlükə yaradıb.
    AzadMedia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 saylı Magistral avtomobil yollarının istismarı MMC-nin əməkdaşları gecə saatlarından başlayaraq, əraziyə texnika və canlı qüvvə cəlb edib. Yolun buzdan təmizlənməsi üçün hərəkət hissəsinə qum-duz qarışığı səpilib.
    Hazırda sözügedən yol buzdan təmizlənib. Avtomobillərin hərəkətində çətinlik yoxdur.
    Hazırda bölgədə küləkli hava davam edir. Qar isə ərazidə fasiləsiz yağır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR