AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarlı hava nə vaxtadək davam edəcək?

  • + A
  • - A
  • Bu gün, 14:30

    Qarlı hava nə vaxtadək davam edəcək?

    Azərbaycanda qarlı və şaxtalı hava şəraitinin fevralın 24-ü günorta saatlarınadək davam edəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sürücülərə və piyadalara təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.

    Qeyd edək ki, saat 09:00-a Bakı və Abşeron yarımadasında qarlı və şaxtalı hava şəraiti davam edir. Temperatur normadan aşağı düşərək, bölgədə soyuq hava şəraitini gücləndirib.

    Azərbaycanın müxtəlif bölgələrində qar örtüyünün hündürlüyü fərqlidir:

    Zaqatala (Əlibəy) – 82 sm
    Lerik – 62 sm
    Qax (Sarıbaş) – 50 sm
    Şəki – 39 sm
    Qəbələ və Balakən – 22 sm
    Kəlbəcər, Yardımlı, Daşkəsən və Şahbuz – 20 sm
    Qrız, Oğuz və Gədəbəy – 19 sm
    Lənkəran, Şahdağ və Naxçıvan – 16 sm
    Astara – 15 sm
    Neftçala – 14 sm
    Biləsuvar, Göygöl və Şuşa – 12 sm
    Qobustan və Sədərək – 11 sm
    İmişli və Zərdab – 7 sm
    Cəlilabad və Göyçay – 6 sm
    Ağdam, Mingəçevir və Quba – 5 sm
    Ceyrançöl, Füzuli və Kürdəmir – 4 sm
    Tovuz, Yevlax, Tərtər və Qusar – 3 sm
    Gəncə, Bərdə və Ağstafa – 2 sm
    Goranboy, Naftalan, Ordubad, Şəmkir və Şərur – 1 sm
    Bakı və Abşeron yarımadası – 6 sm


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR