AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mbappe 14 dəqiqə ərzində 4 qol vurub

  • + A
  • - A
  • 8-10-2018, 09:44

    Mbappe 14 dəqiqə ərzində 4 qol vurub















    Futbol üzrə Fransa çempionatının 9-cu turunda PSJ öz meydanında “Lion”u qəbul edib.

    “Report” xəbər verir ki, Parisin “Park de Prens” stadionunda keçirilən görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qalib komandanın heyətində qollardan dördünü Kilian Mbappe vurub. O, 14 dəqiqə ərzində (61, 66, 69 və 74) poker edib. Komandanın daha bir qoluna isə braziliyalı forvard Neymar imza atıb.

    Beləliklə, PSJ I Liqada ardıcıl 9-cu qələbəsini qazanıb, “Lion”nun isə dörd oyunluq məğlubiyyətsizlik seriyası (2 qələbə, 2 heç-heçə) başa çatıb.

    PSJ hazırda 27 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, “Lion” isə 14 xalla 6-cıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR