AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

35 ölkənin idmançısı Bakıda — Avropa çempionatı başlayır

  • + A
  • - A
  • 16-05-2019, 11:09

    35 ölkənin idmançısı Bakıda — Avropa çempionatı başlayır


    Bu gün Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı start götürəcək.
    Report xəbər verir ki, 4 gün davam edəcək yarışda 35 ölkənin idmançıları mübarizə aparacaqlar. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

    Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları olacaq. Mayın 17-də yalnız böyük gimnastlar xalça üzərində güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları müəyyənləşəcək. Turnirin son günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.
    Avropa çempionatında Azərbaycanı Zöhrə Ağamirova, Veronika Hudis, Mədinə Əsədova, Ləman Alımuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcək.

    Yarışın cədvəli

    16 may, cümə axşamı
    17:00 – 17:30. Açılış mərasimi
    17:30 – 18:50. Gənclər: qrup hərəkətləri proqramı / çoxnövçülük (5 halqa)
    17 may, cümə
    12:00 – 13:50. Böyüklər: fərdi proqram / təsnifat / Qrup A (halqa və top)
    13:50 – 14:30. Fasilə
    14:30 – 16:00. Böyüklər: fərdi proqram / təsnifat / Qrup B (halqa və top)
    16:00 – 16:10. Fasilə
    16:10 – 18:00. Böyüklər: fərdi proqram / təsnifat / Qrup C (halqa və top)

    18 may, şənbə
    10:00 – 11:30. Böyüklər: fərdi proqram / təsnifat / Qrup B (gürzlər və lent)
    11:30 – 11:40. Fasilə
    11:40 – 13:30. Böyüklər: fərdi proqram / təsnifat / Qrup C (gürzlər və lent)
    13:30 – 14:30. Fasilə
    14:30 – 16:20. Böyüklər: fərdi proqram / təsnifat / Qrup A (gürzlər və lent)
    16:20 – 16:40. Fasilə
    16:40 – 18:00. Gənclər: qrup hərəkətləri proqramı / çoxnövçülük (5 lent)
    18:10 – 18:25. Mükafatlandırma mərasimi (komanda hesabı)
    18:25 – 18:40. Mükafatlandırma mərasimi (gənclər / qrup hərəkətləri proqramında çoxnövçülük)

    19 may, bazar
    12:00 – 12:40. Gənclər: qrup hərəkətləri proqramı / FİNAL / 5 halqa
    12:45 – 13:25. Gənclər: qrup hərəkətləri proqramı / FİNAL / 5 lent
    13:30 – 13:45. Mükafatlandırma mərasimi
    13:45 – 14:30. Fasilə
    14:30 – 15:50. Böyüklər: fərdi proqram / ayrı-ayrı alətlər üzrə FİNALLAR (halqa və top)
    15:50 – 16:00. Fasilə
    16:00 – 17:05. Böyüklər: fərdi proqram / ayrı-ayrı alətlər üzrə FİNALLAR (gürzlər və lent)
    17:10 – 17:30. Mükafatlandırma mərasimi
    17:30 – 17:40. “SmartScoring Shooting Star” mükafatı
    17:40 – 18:10. Qala-konsert, bağlanış mərasimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR