Növbəti mövsümə hazırlaşan “Qarabağ” Şotlandiyanın “Sent-Mirren” klubunun qapıçısı Vatslav Qladkini transfer etməkdə israrlıdır. “Qafqazinfo” xəbər verir ki, bu iddia ilə thescottishsun.co.uk saytı çıxış edib.
Bildirilir ki, Azərbaycan təmsilçisi çərçivə qoruyucusu üçün qarşı tərəfə 200 min funt-sterlinq təklif edib. Lakin şotlandiyalılar daha yüksək məbləğ tələb ediblər.
Həmçini xəbərdə qeyd olunur ki, Ağdam klubu Çempionlar Liqasında çıxış etdiyi üçün transferi tez reallaşdırmaq istəyir. Ona görə də “Qarabağ” daha yüksək məbləğlə ikinci dəfə qarşı tərəfə müraciət edəcək.
Həmçinin Qladkiyə “Sent-Mirren”dəki maaşını təklif edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.