UEFA futbolçulardan rəsmi konfranslar zamanı sponsorların içki şüşələrinə toxunmamağı tələb edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, UEFA-nın tədbirlərin təşkili üzrə direktoru Martin Kallen müvafiq tələbin AVRO-2020 komandalarının məşqçi və futbolçu heyətlərinə çatdırıldığını bildirib.
O qeyd edib ki, sponsorların gəlirləri turnir və bütövlükdə Avropa futbolu üçün vacibdir.
Xatırladaq ki, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu mətbuat konfransı zamanı masa üzərindəki “Coca Cola” şüşələrini kənara çəkib.
Daha sonra Fransa seçməsinin üzvü Pol Poqba və İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli də buna bənzər hərəkətlər ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.