Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Federasiyadan
AzadMedia.az-a verilən məlumata görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı zədə səbəbindən olimpiadanı buraxacaq.
O, zədəsini sağaltmaq üzrə olsa da, uzun müddət məşqləri buraxdığı üçün yarışa yollanmayacaq. Azərbaycan Güləş Federasiyası Hacıyevin əvəzinə Turan Bayramovun Tokio-2020-də iştirakı üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib.
Qurum müraciətə müsbət cavab veriləcəyini gözləyir.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.