Bu il yanvarın 14-də Sloveniyanın Ruşe şəhərində atıcılıq üzrə ISSF Qran-Pri turniri keçirilib. Yarış iştirakçıları arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya oyunlarının qalibləri qələbə uğrunda mübarizə aparıblar.
Yarışda ölkəmizin atıcılıq üzrə milli komandası da iştirak edib. Milli komandanın tərkibində mübarizə aparan daxili işlər orqanlarının idmançı əməkdaşları da hər dəfə yüksək əyarlı medallar qazanır. Bu dəfə də istisna olmadı. Belə ki, komandanın tərkibində mübarizə aparan DİN Daxili Qoşunlarının hərbi qulluqçusu kapitan Ruslan Lunyov öz sərrastlığını nümayiş etdirib. O, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında ən yüksək xal toplayaraq turnirin qızıl medalını qazanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.