AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səfir: Belçika Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini davam etdirir

  • + A
  • - A
  • Bu gün, 23:34

    Səfir: Belçika Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini davam etdirir


    Belçika Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edir.

    Bu barədə Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon bu ölkənin Kral Günü münasibətilə təşkil olunan tədbirdə bildirib.

    Onun sözlərinə görə, Belçika ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir, iki ölkənin hökumətləri isə geniş məsələlər dairəsi üzrə müntəzəm və konstruktiv dialoq aparır: "Hökumətlərimiz regional proseslər, həmçinin regionda sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və rifahın təmin edilməsinə necə töhfə verə biləcəyimiz daxil olmaqla, bir çox məsələlər üzrə müntəzəm və konstruktiv dialoq aparırlar. Bu kontekstdə Belçika Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edir".

    Səfir sülhün bərqərar olması, zərər çəkmiş ərazilərin bərpası və minatəmizləmə istiqamətində atılan konkret addımların, həmçinin Cənubi Qafqaz və daha geniş region xalqları üçün regional inteqrasiya və nəqliyyat əlaqələrinin üstünlüklərini nümayiş etdirmək səylərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

    O, həmçinin mürəkkəb beynəlxalq vəziyyətdən danışıb və qeyd edib ki, davam edən Rusiya-Ukrayna münaqişəsi hər gün günahsız insanların həyatına son qoyur, Yaxın Şərqdəki təhlükəsizlik çağırışları isə regional sabitliyi təhdid etməkdə davam edir: "Bu məsələlər həm Azərbaycan, həm də Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Biz bu mövzular üzrə davam edən əməkdaşlığa və konstruktiv dialoqa görə minnətdarıq".

    Bundan əlavə, diplomat 2026-cı ilin əvvəlində Belçikanın diplomatik heyətinin Azərbaycan ərazisi vasitəsilə Tehrandan təxliyəsinin təşkilində göstərilən dəstəyə, həmçinin Belçika vətəndaşlarına göstərilən yardıma görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR