AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmirdə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

  • + A
  • - A
  • Bu gün, 23:36

    Kürdəmirdə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

    Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə zamanı rayonun Çöhranlı kənd sakini, 1995-ci il təvəllüdlü Elçin Eynulla oğlu İbrahimovun idarə etdiyi “Nissan” markalı avtomobillə Ağdaş şəhər sakini Anar İntiqam oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

    Qəza nəticəsində hər iki sürücü, həmçinin “Mercedes”in sərnişinləri – Gəncə şəhər sakinləri, 2007-ci il təvəllüdlü Pərişan Vasif qızı Tağıyeva və 2025-ci il təvəllüdlü İlqar Vüqar oğlu Tağıyev xəsarət alıblar.

    Faktla bağlı araşdırma aparılır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR