Məmmədyarov erməniyə qarşı — Oyun heç-heçə bitib
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.
AZTB.info xəbər verir ki, azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb.
Partiya 24-cü gedişdə 0.5:0.5-lik heç-heçə ilə başa çatıb.
Birinci turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlib, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölüb.
İddiaçılar turniri, II tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 0.5:0.5
Din Lijen (Çin) - Fabiano Karuana (ABŞ)
Vladimir Kramnik (Rusiya) - Sergey Karyakin (Rusiya)
Aleksandr Qrişuk (Rusiya) - Uelsi So (ABŞ)