Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Tbilisiyə səfəri zamanı gürcü həmkarı ilə görüş keçirib. Görüşdə kənd təsərrüfatı sektorunda əlaqələrin genişləndirilməsi barədə razılıq əldə edilib.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Davita Sonqulaşvili ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Məcnun Məmmədovun görüşü Tbilisidə baş tutub. Gürcüstan kütləvi informasiya vasitələri bu barədə yazır.
Tərəflər qarşılıqlı əlaqələrin perspektivləri, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişafı, qida təhlükəsizliyi məsələləri, baytarlıq və fitosanitariya sahəsində əməkdaşlıq məsələləri barədə müzakirələr aparıblar.
Görüşün nəticəsi olaraq kənd təsərrüfatı və qida sektorlarında səylərin daha effektiv əlaqələndirilməsi üçün birgə işçi qrupunun yaradılması qərara alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.