AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ–İran qeyri-müəyyənliyi neft qiymətlərini yenidən bahalaşdırdı

  • + A
  • - A
  • Bu gün, 12:14

    ABŞ–İran qeyri-müəyyənliyi neft qiymətlərini yenidən bahalaşdırdı

    Etalon Brent markalı neftin qiyməti bu gün səhər ticarətində ABŞ–İran danışıqları ətrafındakı qeyri-müəyyənlik fonunda bahalaşaraq bir barel üçün 79,96 dollara yüksəlib. Bunun ardınca WTI markalı neft üzrə fyuçerslər də cüzi artım göstərib.

    Neft qiymətləri ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalandıqdan sonra bazarda yaşanan enişdən sonra yenidən yüksəlişə keçib.

    Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersləri əvvəlki ticarət sessiyasının bağlanışı ilə müqayisədə 0,11 dollar (0,14%) artaraq 79,96 dollar səviyyəsində ticarət olunub. Bir gün əvvəl isə bu müqavilələr 0,30 dollar (0,38%) bahalaşaraq 79,85 dollara çatmışdı.

    Nyu-York NYMEX əmtəə birjasında WTI markalı neftin fyuçersləri də 0,37 dollar (0,45%) bahalaşaraq bir barel üçün 76,97 dollara yüksəlib. Halbuki əvvəlki sessiyanın yekununda iyul fyuçerslərinin qiyməti 0,19 dollar (0,25%) azalaraq 76,60 dollar olmuşdu.

    Analitiklərin fikrincə, qiymət artımının əsas səbəbi bu gün İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ–İran danışıqlarının taleyi ilə bağlı qeyri-müəyyənlikdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR