AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İB-NİN ƏMƏKDAŞI DÜNYA ÇEMPİONU OLDU

  • + A
  • - A
  • 7-12-2021, 10:10


    “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Birliyin əməkdaşı Ruslan Tağıyevlə görüşüb. Ruslan Tağıyev 12 ildir ki, “Azəriqaz” İB-də çalışır. İşinə olan sevgisi, məsuliyyəti ilə yanaşı,o, idman sahəsində də böyük uğurlara imza atıb. Belə ki, Ruslan noyabr ayının 28-i Budo döyüş növləri üzrə Tunisdə keçirilən yarışda qalib gələrək dünya çempionu adına layiq görülüb. Görüş zamanı Birliyin baş direktoru şanlı üç rəngli bayrağımızı zirvələrə ucaltdığı üçün Ruslan Tağıyevə təşəkkür edib. İdmançının əldə etdiyi uğurlar Birlik rəhbəri tərəfindən yüksək qiymətləndirilib. “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Azərbaycan Respublikasında idmanın inkişafına, gənclərə və idmançılara, eləcə də dünya çempionu Ruslan Tağıyevə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan BUDO Döyüş Növləri Federasiyasının fəxri diplomu ilə təltif edilib. Qeyd edək ki, əməkdaşımız Ruslan Tağıyev Budo döyüş növləri üzrə həm də dünya kubokunun sahibidir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR