"Sabahdan “Azəriqaz” İstehsalat Birliyi yenə gücləndirilmiş iş rejimində çalışacaq".
Azadmedia.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehslat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.
“Bildiyiniz kimi, hava şəraitinin kəskin soyuması gözlənilir. Əslində, biz fevral ayının 17-dən, onsuz da, bu rejimdə çalışırdıq. Ötən dəfə özünüz də müşahidə etdiniz ki, bəzi qəza hallarını çıxmaqla qaz təchizatında dayandırmalar olmadı. Bu dəfə çalışacayıq ki, ümumiyyətlə, belə vəziyyət yaranmasın”, - R.Əliyev bildirib.
R.Əliyev qeyd edib ki, o, abonentlərin yanındadır: “İstənilən vaxt mənə də hər hansı çətin durum barədə məlumat göndərə bilərsiniz”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.